Səfir Robert Sekuta: "7 000-dək azərbaycanlı tələbə ABŞ-da təhsil alıb"
- 20 oktyabr, 2017
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycanlı tələbələr arasında ABŞ-da təhsil almağa maraq böyükdür".
"Report"un verdiyi xəbərə görə, bunu Bakıda keçirilən ABŞ təhsili yarmarkasının açılışında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.
Hər il keçirilən "US Education Fair" təhsil yarmakasının məqsədi Azərbaycan gənclərini ABŞ-da təhsil almaq imkanları barədə məlumatlandırmaqdan ibarətdir.
Səfirin sözlərinə görə, yarmarkada 11 müxtəlif Amerika ali təhsil müəssisələrinin və kolleclərin nümayəndələri iştirak edir.
"Azərbaycanla ABŞ arasında 25 illik diplomatik münasibətlər ərzində 7 000-dək Azərbaycanlı tələbə Amerika ali təhsil müəssisələrində, yüzlərlə gənc isə özəl proqramlar xətti ilə təhsil alıb", - R.Sekuta deyib.