Sabah ilin ilk Günəş tutulması hadisəsi baş verəcək
Elm və təhsil
- 09 iyun, 2021
- 14:51
İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma halqavari Günəş tutulmasıdır.
Bu barədə "Report"a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.
Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.
Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Son xəbərlər
09:09
"Əsrin fəlakəti"ndən üç il ötür
Region09:06
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.02.2026)
Maliyyə09:04
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə09:03
Masazırda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Digər09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.02.2026)
Maliyyə09:03
Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçiriləcək
Komanda08:56
Foto
Xəzər dənizində köməksiz qalan balıqçılar xilas edilib
Hadisə08:49