Nazirlik qeydiyyat prosesi başlamamış I siniflərdəki yerlərin dolması məsələsinə münasibət bildirib

Elm və təhsil
  • 11 may, 2023
  • 06:43
Nazirlik qeydiyyat prosesi başlamamış I siniflərdəki yerlərin dolması məsələsinə münasibət bildirib

Elm və Təhsil Nazirliyi bəzi məktəblərdə qeydiyyat prosesi başlamamış birinci siniflərdəki yerlərin dolması məsələsinə münasibət bildirib.

“Report”un məlumatına görə, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların avtomatik həmin məktəbə qeydiyyata düşdüklərini xatırladıb.

Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarında uşaqların maksimal sayı 30 nəfər olmalıdır: “Elə siniflər var ki, orada yerlərin sayı artıq 95 % dolub. Həmin sinifdə çox az yer qalıb ki, sistem açılan kimi həmin yerlərin dolma ehtimalı da yüksəkdir. Müəllimlər sistemdə olan yerləri rezerv kimi saxlaya bilməzlər. Bunu biz də edə bilmirik. Söhbət Bakı şəhərindən gedirsə, paytaxtda heç bir sinif 20 şagirdlə komplektləşmir. Yəni, Bakıdakı məktəblərin birinci siniflərində şagird sayı kifayət qədər yuxarı həddə olur. Çalışırıq ki, bütün siniflərdə məktəbəhazırlıqdan əlavə də yer olsun ki, başqaları da qeydiyyatdan keçə bilsinlər”.