Nazir: Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib

Elm və təhsil
  • 11 sentyabr, 2025
  • 11:25
Nazir: Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib

Monitorinqlər nəticəsində ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, vakant direktor vəzifələri müəssisələrin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq.

Qeyd edək ki, şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək. Şagird sayı 500-dən çox olan müəssisələrə, eləcə də lisey və gimnaziyalara direktor seçimi zamanı ilk mərhələdə şagird sayı az olan müəssisələrin direktorlarının müsahibə nəticələrinə əsasən yerdəyişməsi nəzərdə tutulur. Növbəti mərhələdə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər arasında seçim aparılması nəzərdə tutulur. Daha sonra isə digər müəssisələrdə çalışan direktor müavinləri və müəllimlər üçün imkan yaradılacaq.