Mikayıl Cabbarov Mingəçevirdə vətəndaşları qəbul edib

Elm və təhsil
  • 16 fevral, 2015
  • 08:40
Mikayıl Cabbarov Mingəçevirdə vətəndaşları qəbul edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. "Report" xəbər verir ki, qəbulda Mingəçevir şəhərində və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.