İsa Həbibbəyli: "Nəsimi ili"nin əsas hadisələrindən biri Prezidentin təşəbbüsü ilə Moskvada Nəsimiyə iki abidə ucaldılmasıdır"

Elm və təhsil
  • 13 yanvar, 2020
  • 07:54
İsa Həbibbəyli: Nəsimi ilinin əsas hadisələrindən biri Prezidentin təşəbbüsü ilə Moskvada Nəsimiyə iki abidə ucaldılmasıdır
Report

"Nəsimi ili"nin əsas hadisələrindən biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə Moskvada Nəsimiyə büst və heykəl ucaldılmasıdır".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfransda AMEA-nın İ vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli deyib.

O bildirib ki, bu, şairin Rusiyada təbliği üçün mühüm addımlardandır.