Elmar Qasımov həkim, polis və neftçilərə təşəkkür etdi

Elm və təhsil
  • 14 aprel, 2020
  • 14:20
Elmar Qasımov həkim, polis və neftçilərə təşəkkür etdi

"Bütün bəşəriyyətin qlobal pandemiya ilə mübarizə apardığı bir dövrdə mübarizənin ön cəbhəsində olan qəhrəmanlar, sözsüz ki, tibbi personal, polislər, hərbçilər və iqtisadiyyatımızın dayanıqlılığını təmin edən neft-qaz sənayesi işçiləridir".

"Report" xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib. 

Onun sözlərinə görə, bu ümumbəşəri bəla ilə mübarizədə onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil: "Sağlamlığımız üçün həyatlarını riskə ataraq vicdanla çalışan qəhrəmanlarımıza ürəkdən təşəkkür edir və onları alqışlayıram".