DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb - VİDEO

Elm və təhsil
  • 29 iyul, 2017
  • 10:57
DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb - VİDEO

Bakı. 29 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici videoçarx hazırlayıb.

Mərkəzdən “Report”a verilən məlumata görə, videoçarxda elektron ərizənin doldurulma qaydası mərhələ-mərhələ izah edilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb - VİDEO