Deputat hökumətə texniki peşə məktəbləri ilə bağlı təklif verib

Elm və təhsil
  • 19 noyabr, 2014
  • 09:00
Deputat hökumətə texniki peşə məktəbləri ilə bağlı təklif verib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisində 2015-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunan müzakirələr davam edir. “Report” xəbər verir ki, çıxış edən deputat Fəzail Ağamalı təhsil sahəsi ilə bağlı təklif irəli sürüb. O deyib ki, gələn il üçün diqqəti texniki peşə məktəblərinin inşasına və onun inkişafına yönəltmək lazımdır: “Nəzərə alaq ki, ildə 70 mindən yuxarı gənc orta məktəbi bitirir, ancaq onun sahəvi peşəyə yiyələnməsi və iş tapmasında kifayət qədər problemlər yaşanır. Hesab edirəm ki, hökumət 2015-ci il üçün texniki peşə məktəblərinin bərpasına xüsusi diqqət edəcək. Çünki bu, zamanın tələbidir”.