Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
- 30 avqust, 2026
- 22:34
Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayan gəminin 19 sərnişinin axtarışları davam edir.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkə hesabında bildirib.
"240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir", nazir qeyd edib.
Onun sözlərinə görə, Sahil Mühafizə Komandanlığı tərəfindən bölgədə 5 üzən vasitə və 2 helikopter ilə axtarış-xilasetmə işləri həyata keçirilir.
KKTC’nin Girne açıklarında, Taşucu seferini gerçekleştirmek üzere Girne Limanı’ndan ayrılan Filojet isimli yolcu gemisinin su alarak batması hepimizi derinden üzmüştür.
— Abdulkadir URALOĞLU (@a_uraloglu) August 30, 2026
259 yolcu ve 8 mürettebatın bulunduğu gemide şu ana kadar 241 kişi kurtarılmış, 8 kişi hayatını kaybetmiş, 18…
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölüb, 237 nəfər xilas edilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Xatırladaq ki, Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan sərnişin gəmisi ilə bağlı apardıqları istintaq çərçivəsində gəmi kapitanı və 7 əməkdaşın saxlanıldığını açıqlayıb.
Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var.
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
"Report"un "NTV Türkiyə"yə istinadən xəbərinə görə, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 172 nəfər xilas edilib.
"Report"un "Ntv Türkiyə"yə istinadən xəbərinə görə, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.
M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.
"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - mer bildirib.
Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.
Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.