​“Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinqlərə start verilib

Elm və təhsil
  • 14 aprel, 2016
  • 15:53
​“Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinqlərə start verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri üzrə monitorinqlərə start verilib.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Nəqliyyat fakültəsində təhsil alan tələbələr arasında keçirilən ilk monitorinqi AMİU-nun İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova aparıb. BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova və Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzinin nümayəndəsi Aytən Məmmədova tələbələr arasında anonim sorğu keçiriblər.

Monitorinq zamanı tələbələrə “Dini müxtəliflik və multikulturalizm” mövzusunda mühazirə oxunub.