Azərbaycan Dövlət İqtisad Universitetinə 21 nigeriyalı tələbə qəbul olunub

Elm və təhsil
  • 08 oktyabr, 2015
  • 09:39
Azərbaycan Dövlət İqtisad Universitetinə 21 nigeriyalı tələbə qəbul olunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ 2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü magistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.

Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər. Tələbələr arasında daha çox Nigeriya vətəndaşları (21 nəfər) üstünlük təşkil edir. Ümumilikdə isə, UNEC-də təhsil alacaq əcnəbi tələbələr Rüsiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Kuveyt və Pakistan vətəndaşlarıdır.

Xatırladaq ki, əcnəbi tələbələrin UNEC-ə qəbul prosesi bu ildən etibarən yalnız elektron formada aparılır. Bu məqsədlə yaradılan http://admission.unec.edu.az/ səhifəsi vasitəsi ilə 85 elektron müraciət qəbul olunub.