Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir
- 25 oktyabr, 2025
- 12:13
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir.
"Report" xəbər verir ki, iki gün davam edəcək sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir.
Sərgi çərçivəsində Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər.
Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç "Report"a bildirib ki, bu sərgi artıq 3 ildir davam edir:
"Təmsil olunan ölkələr Bolqarıstan, Çexiya, Fransa, Almaniya, Litva, Malta, Polşa, İsveç, Azərbaycandan ADA Universiteti və UFAZ təmsil olunur. Azərbaycanla əməkdaşlığa 2008-ci ildən başlamışıq. İndiyədək Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləyib. Onlardan 26-sı tamamlanıb, 3-ü davam edir".
"Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir.
Qeyd edək ki, "Avropada Təhsil" sərgisi 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək "Hilton" hoteldə keçiriləcək.