46 məktəbdə operativ monitorinqlər keçirilib

Elm və təhsil
  • 22 dekabr, 2023
  • 06:58
46 məktəbdə operativ monitorinqlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.

İdarədən "Report"a verilən məlumata görə, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.

44 - Tezliklə