TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək
Ekologiya
- 17 oktyabr, 2024
- 10:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.
“Report” bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş noyabrın 20-də baş tutacaq və COP29 qlobal iqlim konfransı zamanı olacaq.
Bu iclasın türk dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcəyi gözlənilir. Bu da TDT-nin ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı məqsədlərinə nail olunmasına töhfə verəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Son xəbərlər
13:43
Mədəniyyət naziri: Tacikistan Bakı prosesinin məqsəd və prinsiplərinə sadiqdir
Mədəniyyət siyasəti
13:34
Vüsal Hüseynov vətəndaşları qəbul edəcək
Daxili siyasət
13:34
Azərbaycan və Niderland şirkəti yük axınının artırılmasını müzakirə ediblər
İnfrastruktur
13:29
Mıradaliyev: Mədəniyyətlərarası dialoq sülh naminə daimi iş tələb edir
Xarici siyasət
13:28
Foto
Kamran Əliyev Misir və Maldiv rəsmiləri ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib
Xarici siyasət
13:25
Soyuzbek Nadırbekov: Qırğızıstan mədəniyyətlərarası dialoqun dəstəklənməsinə xüsusi önəm verir
Xarici siyasət
13:25
Mirzoyan: TRIPP Azərbaycan vasitəsilə üçüncü ölkələrlə əlaqələr qurmağımıza imkan verəcək
Region
13:24
"Kristal Pelas" "Liverpul" və "Qalatasaray"ın maraqlandığı İsmaila Sarrı satmaq istəmir
Futbol
13:19
Nazir: Bakı forumu konkret addımlar üçün mühüm platforma olacaq
Xarici siyasət