Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər
- 02 iyul, 2025
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib.
"Report"un məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər", - məlumatda qeyd olunub.
The COP29 President held a bilateral meeting with @DrTedros, Director-General of the World Health Organization. They discussed the opportunity for the next round of national climate plans to drive progress across both decarbonization and development, and how to best embed action… pic.twitter.com/GxvXY1Cp7q
— COP29 Azerbaijan (@COP29_AZ) July 2, 2025