İslam Mustafayev: Metsamor AES Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən biridir

Ekologiya
  • 05 oktyabr, 2026
  • 15:58
İslam Mustafayev: Metsamor AES Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən biridir

"Metsamor" Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən biridir.

"Report" xəbər verir ki, bunu "Rüzgar" İctimai Birliyinin sədri İslam Mustafayev "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, Metsamor Atom Elektrik Stansiyası (AES) yarandığı gündən Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən birinə çevrilib:

"Bilirsiniz, radiasiya qoxu, rəng və istilik təsirinə malik olmadan nüfuz etmə qabiliyyətinə malikdir və o, uzun illər ərzində insanlara, ətraf mühitə, biomüxtəlifliyə çox ciddi ziyan vurur. Metsamor AES-də iki nüvə reaktoru fəaliyyət göstərir. O reaktorlardan biri zəlzələ zamanı (1988-ci ildə - red.) zədələndiyi üçün hazırda işləmir, ikinci reaktor isə fəaliyyətini davam etdirməkdədir".

İ.Mustafayev regionun ekologiyası üçün böyük risk daşıyan Metsamor AES-in birmənalı şəkildə bağlanmalı olduğunu vurğulayıb.

44 filmi