İradə Hüseynova: 2022-ci ildə azad edilən ərazilərdə balıq, amfibi və həşərat sürfələri kütləvi yoxa çıxıb
- 13 mart, 2026
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azad edilən ərazilərdə 2022-ci ilin oktyabr ayında aparılan monitorinqin nəticəsində balıq, amfibi və həşərat sürfələrinin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.
"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
İradə Hüseynovanın sözlərinə görə, azad edilən ərazilərdə 2022-ci ilin iyul ayında aparılan monitorinqin nəticələrinə görə, məhdud sayda da olsa, yoxa çıxmaqda olan bəzi canlıların həyat izləri qeydə alınıb.
O bildirib ki, bunlar krevetka, yengəc, 30-a qədər bulaqçı sürfəsi, 4 fərd balıq - Şərq qıjovçusu və Qafqaz gümüşcəsi olub.
"2022-ci ilin oktyabr ayında aparılan monitorinqin nəticələrinə görə isə, balıq, amfibi və həşərat sürfələrinin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb. 3 stasionar nöqtənin heç birində praktik olaraq balıq və onurğasız heyvanların nümayəndələrinə rast gəlinməyib. Bu, çayda periodik zəhərlənmə prosesinin baş verdiyini sübut edir", - o bildirib.