Gələn ildən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək

Ekologiya
  • 30 dekabr, 2022
  • 12:31
Gələn ildən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək

"2023-cü ilin yanvar ayından Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək".

"Report" xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin sədri Samir İdayətov jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, hazırlanmış platforma vasitəsi ilə yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcəklər:

"Hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsi ilə online formada göndərilməsi təmin ediləcək. Platforma daxilində vahid məlumat bazası yaradılacaq. Agentlik tərəfindən qəbul edilmiş 5 GK hesabatları və yer təki sahəsindən istifadəyə dair verilmiş icazə sənədləri (DMAA) barədə vahid məlumat bazasına mövcud məlumatların inteqrasiyası da təmin ediləcək".

"Platformada hər biri ayrı bölmədə yataqlar haqqında məlumat, onların isifadəsinə dair hesabatlar, hərraca çıxarılacaq yataqlar, hərracda iştirak şərtləri, cərimələrin məbləğləri haqqında məlumatlar və tərtib olunan aktlar əks olunacaq. Bundan əlavə sayt vasitəsi ilə istismarçılar onlar üçün qaranlıq qalan bütün prosedurlar və əməliyyatlar haqqında Agentliyin mütəxəssislərinə müraciət ünavanlaya biləcəklər.

Bu platformanı yaratmaqda əsas məqsəd operativıiyi, şəffaflığı və sahibkarların işində rahatlığı təmin etməkdir", - sədr bildirib.

44 filmi