Daşkəsəndə fırtına olub
Ekologiya
- 23 may, 2016
- 14:08
Daşkəsən. 23 may. REPORT.AZ/ Daşkəsən şəhərində fırtına olub. "Report"un Qərb bürosunun məlumatına görə, təxminən yarım saatdır şəhərdə güclü yağış yağır.
Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ziyan dəyib. Şəhərdə bəzi binaların dam örtüyü dağılıb, elektrik naqilləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda güclü külək davam edir.
Hazırda Gədəbəy rayonunda və Gəncə şəhərində də güclü külək əsir. Gəncənin Yeni Gəncə, Mahrısa, Bağbanlar qəsəbələri və şəhərin digər ərazilərində hava şəraitinə görə enerji verilişi dayandırılıb. Hazırda yağıntının azalmasına baxmayaraq, şimşək çaxır, külək əsir.
Bundan əlavə, Qazaxda da güclü yağış yağıb, ancaq ciddi fəsadlar baş verməyib.
Son xəbərlər
06:41
Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib
Digər ölkələr06:13
Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Sağlamlıq05:39
Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranmasının mümkünlüyünü güman edib
İKT05:07
Orban Madyar hökumətinə qarşı "milli müqavimət"in başlandığını elan edib
Digər ölkələr04:38
Bolqarıstan sursat anbarında mümkün təxribat barədə məlumat verib
Digər ölkələr04:22
Almaniyada dizel yanacağının qiyməti Bab əl-Məndəb boğazındakı vəziyyətə görə artır
Digər ölkələr03:48
ABŞ-də oyun meydançasında atışma olub, ölənlər var
Digər ölkələr03:19
Səudiyyə Ərəbistanının Cizan bölgəsində dron hücumu nəticəsində iki nəfər yaralanıb
Digər ölkələr02:56