“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilir

Ekologiya
  • 16 noyabr, 2018
  • 08:55
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilir

Bakı. 16 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Nazirlikdən "Report"a verilən xəbərə görə, konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək, regionda icra olunan oxşar layihələrin təcrübəsini öyrənmək, məlumat mübadiləsi aparmaq və regional əməkdaşlığı genişləndirməkdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan və Gürcüstanın Ekologiya və Ətraf Mühit nazirləri, Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Hollandiya, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak edirlər.

Qeyd edək ki, noyabrın 14-dən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi bu gün sona çatır.