YUNESKO-nun baş qərargahında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı forum olacaq

Ədəbiyyat
  • 14 aprel, 2015
  • 08:03
YUNESKO-nun baş qərargahında Kitabi-Dədə Qorqud eposu ilə bağlı forum olacaq

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-də Parisdə YUNESKO-nun baş qərargahında "Kitabi-Dədə Qorqud' eposunun alman dilində ilk tərcüməsi, nəşri və dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, forum YUNESKO və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Forumda Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın incəsənət xadimləri iştirak edəcək.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və digər türkdilli ölkələr təmsil olunacaq.