Azərbaycan Yazıçılar Birliyində yeni təyinat olub
- 28 avqust, 2014
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı 28 avqust. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni katib təyin olunub.
Report-un AYB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Ulduz" jurnalının baş redaktor müavini İlqar Fəhmi AYB-nin katibi təyin edilib. İlqar Fəhmi bu vəzifəni sentyabr ayının 1-dən icra etməyə başlayacaq.
Xatırladaq ki, buna qədər bu vəzifəni Arif Əmrahoğlu icra edirdi. Arif Əmrahoğlu bu il iyunun 19-da dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. 8 kitab müəllifidir. Onun bir sıra ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcısıdır.