Nigerdə üç ABŞ hərbçisi öldürülüb, ikisi yaralanıb

Dünya
  • 05 oktyabr, 2017
  • 00:53
Nigerdə üç ABŞ hərbçisi öldürülüb, ikisi yaralanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Çərşənbə günü Nigerin cənub-qərbində silahlı hücum nəticəsində üç ABŞ hərbçisi ölüb, daha ikisi yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrindəki mənbələrə istinadən "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, hücum Nigerin paytaxtı Niameyin 190 km şimalında, Mali ilə sərhəd yaxınlığında baş verib.