ABŞ SEPAH-a yardım edən iki kriptobirjaya qarşı sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 07 avqust, 2026
  • 23:15
ABŞ SEPAH-a yardım edən iki kriptobirjaya qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) maliyyə yardımı göstərdiklərinə görə iki böyük kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ qurumunun mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, kriptovalyuta birjaları İrana beynəlxalq sanksiyalardan yan keçərək milyonlarla dollar əldə etməyə kömək edib.