Meksikalı futbolçu rekordçular sırasına düşüb, Messi Maradonaya çatıb
- 26 noyabr, 2022
- 19:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.
"Report"un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən mundialda Argentinaya qarşı II tur matçında meydana çıxmaqla nail olub.
Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffona (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.
Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.
Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.
Qeyd edək ki, Argentina - Meksika oyununda ilk hissə oynanılır və hesab açılmayıb.