DÇ-2022: Sadio Mane ilk oyunları buraxacaq

Dünya Çempionatı - 2022
  • 15 noyabr, 2022
  • 16:55
DÇ-2022: Sadio Mane ilk oyunları buraxacaq

Almaniya "Bavariya"sının və Seneqal millisinin futbolçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatının ilk oyunlarını buraxacaq.

"Report"un məlumatına görə, bu barədə yerli federasiyanın nümayəndəsi Abdulay Sou BBC-yə açıqlama verib.

O bildirib ki, 30 yaşlı hücumçu zədə səbəbindən qrup mərhələsinin I və II turunun matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.