Argentinanın məğlubiyyətsiz oyunlar seriyası qırılıb

Dünya Çempionatı - 2022
  • 22 noyabr, 2022
  • 12:26
Argentinanın məğlubiyyətsiz oyunlar seriyası qırılıb

Argentina yığmasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

"Report"un məlumatına görə, Lionel Skalonenin baş məşqçi olduğu komanda Qətərdə keçirilən dünya çempionatının ilk matçında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub.

Asiya təmsilçisi cənubi amerikalıların 36 matçlıq seriyasına son qoyub. Argentina İtaliyanın 37 oyunluq nailiyyətini təkrarlaya bilməyib.

"Tanqoçular" bu görüşədək sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə yenilmişdi.