Argentina millisinin baş məşqçisi: "Başımızı qaldırıb yola davam etməliyik"

Dünya Çempionatı - 2022
  • 22 noyabr, 2022
  • 13:36
Argentina millisinin baş məşqçisi: Başımızı qaldırıb yola davam etməliyik
Lionel Skaloni

"Başımızı qaldırıb yolumuza davam etməliyik, başqa çarəmiz yoxdur".

"Report"un məlumatına görə, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib: "İkinci hissədəki səhvlərə görə məğlub olduq. Bunları düzəltməliyik. Hələ qarşıda iki görüşümüz var. Həmin matçlarda qələbə qazanmalıyıq".

44 - Tezliklə