Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək

Din
  • 18 noyabr, 2016
  • 09:34
Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul noyabrın 23-də Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Komitə sədri Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.