Böyük Britaniyada dünyanın ən qədim "Quran" əlyazması aşkar edilib
Din
- 22 iyul, 2015
- 23:42
Bakı. 23 iyul. REPORT.AZ/ Birmingem Universitetinin əməkdaşları ali təhsil müəssisəsinin kitabxanasında saxlanan "Quran" əlyazmasının dünyanın ən qədim əlyazmalardan biri olduğunu müəyyənləşdiriblər. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Tədqiqatçıların sözlərinə görə, radiokarbon analizi nəticəsində "Quran" səhifələrinin 1300 ildən çox yaşı olması məlum olub və bu fakt onları heyrətə gətirib.
Alimlərin fikrincə, bu fakt onu güman etməyə əsas verir ki, nəzəri cəhətdən əlyazmanı yazan şəxs Peyğəmbərlə görüşə və onun moizələrini dinləyə bilərdi.
Əlyazmanın səhifələrini 1920-ci illərdə Yaxın Şərqdən minlərlə digər qədim sənədlərlə birlikdə universitetə İraq əsilli tarixçi Alfons Mingana verib.
Son xəbərlər
04:24
Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək
Region04:16
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib
Region03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39