Bəxtiyar Nəcəfov: QMİ dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməyə hazırdır

Din
  • 26 oktyabr, 2026
  • 16:39
Bəxtiyar Nəcəfov: QMİ dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməyə hazırdır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməyə hazırdır.

"Report" xəbər verir ki, bunu QMİ-nin sədr müavini Bəxtiyar Nəcəfov Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin təqdimatı çərçivəsində Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, İdarə İslamın sülh, mərhəmət, qardaşlıq və qarşılıqlı ehtiram kimi ali dəyərlərinin təbliğinə, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bundan sonra da töhfə verəcək.

B.Nəcəfov həmçinin bildirib ki, QMİ Azərbaycan və Özbəkistan xalqları arasındakı mənəvi əlaqələrin gücləndirilməsinə də çalışacaq.