Alban-Udi xristian dini icmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər

Din
  • 06 oktyabr, 2026
  • 12:47
Alban-Udi xristian dini icmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər

Alban-Udi xristian dini icması üzvlərinin Laçın rayonunda yerləşən Ağoğlan monastırına səfərləri başlayıb.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Qafqaz Albaniyasının mədəni-dini irsini yaşadan Alban-Udi xristian dini icmasının üzvləri rayondakı V-VI əsrlərə aid Ağoğlan monastır kompleksini ziyarət ediblər.

İcma üzvləri monastırda dini ayinləri yerinə yetiriblər, şamlar yandırıblar, Azərbaycanda və dünyada daimi sülhün bərqərar olunması üçün dualar ediblər.

44 - Tezliklə