YAP-ın VIII qurultayının nümayəndələri Heydər Əliyevin xatirəsini yad edib

Daxili siyasət
  • 01 oktyabr, 2026
  • 13:04
YAP-ın VIII qurultayının nümayəndələri Heydər Əliyevin xatirəsini yad edib

Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, siyasi təşkilatın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Bu barədə "Report"a YAP-dan məlumat verilib.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xatırladaq ki, YAP-ın VIII qurultayına 960 nəfər nümayəndə seçilib. Qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

44 - Tezliklə