Xaçmazda avtomobil iki məktəblini vurub

Digər
  • 06 oktyabr, 2026
  • 16:36
Xaçmazda avtomobil iki məktəblini vurub

Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərinin Dağıstan küçəsində qeydə alınıb.

"Opel-Astra" markalı minik avtomobili küçədə velosiped sürən 2012-ci il təvəllüdlü K.Mustafayevi və onun qardaşı, 2016-cı il təvəllüdlü R.Mustafayevi vurub. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır