Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
Digər ölkələr
- 30 oktyabr, 2025
- 03:02
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın tariflərin azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə o, "Truth Social"da müvafiq məqalə dərc edib.
"Cənubi Koreya tarifləri azaltmaq müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Bundan başqa, onlar bizim böyük həcmdə neft və qazımızı almağa razılaşıblar. Cənubi Koreyanın zəngin şirkətləri və sahibkarları tərəfindən ölkəmizə sərmayə qoyuluşu 600 milyard dolları keçəcək", - Tramp qeyd edib.
O, həmçinin nüvə sualtı qayığının tikintisinə "icazə verdiyini" qeyd edib: "Cənubi Koreya öz nüvə sualtı qayığını Filadelfiya tərsanələrində inşa edəcək. Ölkəmizdə gəmiqayırma işləri tezliklə normal vəziyyətə düşəcək".
Son xəbərlər
15:05
Portuqaliyada Türkiyənin Aİ-nin sənaye strategiyasına daxil edilməsi müzakirə olunacaq
Region14:47
Zelenski Rusiyanın 95 fiziki və 70 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr14:33
Foto
Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib
Hadisə14:24
İranın XİN başçısı: Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir
Region14:22
İngiltərə klubu "Qalatasaray"ın futbolçu üçün göndərdiyi təklifi rədd edib
Futbol14:05
"Çelsi" 25 yaşlı italiyalı Sandro Tonalinin transferini planlaşdırır
Futbol13:53
İran parlamentində xarici kəşfiyyat xidmətlərinin milli qurumlara sızması müzakirə olunacaq
Region13:32
DYP: Yuxusuz və yorğun halda sükan arxasına əyləşməkdən çəkinin
Hadisə13:26