Kiyevin bir neçə rayonu işıqsız və istiliksiz qalıb
- 30 oktyabr, 2025
- 02:37
Ukraynanın paytaxtı Kiyev şəhərinin bəzi rayonları elektrik şəbəkəsindəki kəskin gərginlik səbəbindən işıqsız və istiliksiz qalıb.
"Report" xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Fövqəladə elektrik kəsilməsinin saat 22:00-dan sonra (Bakı vaxtı ilə cümə axşamı, 00:00) başa çatacağı gözlənilirdi. Öz növbəsində "Ukrenergo" ölkənin bir sıra bölgələrində enerji istehlakına məhdudiyyətlər elan edib. Saatlıq kəsinti qrafiki yerli vaxtla səhər saat 8:00-dan 22:00-dək, sənaye enerjisində məhdudiyyətlər isə səhər saat 7:00-dan axşam saat 22:00-a qədər qüvvədə olub.
Oktyabrın 10-dan Ukraynanın bir sıra regionlarında və Kiyevdə elektrik enerjisinin verilişində bir neçə saatlıq kütləvi fasilələr başlayıb. Səlahiyyətlilər enerji şəbəkələrinə və kommunal sistemlərə ziyan vurduğunu bildiriblər. Energetika naziri Svitlana Qrinçuk vəziyyəti çox ağır adlandırıb.
Sonrakı günlərdə enerji infrastrukturu obyektlərinə ziyan dəyməsi ilə bağlı mütəmadi məlumatlar daxil olub, qəza və planlaşdırılmış dayandırma qrafikləri təqdim edilib.