Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Daxili siyasət
  • 25 sentyabr, 2026
  • 19:39
Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.