Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi Çexiyanı məğlub edib

Fərdi
  • 25 sentyabr, 2026
  • 20:08
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi Çexiyanı məğlub edib

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, qadınlardan ibarət komanda IX turda Çexiyanı 4:0 hesabı ilə üstələyib.

Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.