NDU-da 811 tələbənin iştirakı ilə "Zəfərin 5 ili" adlı fləşmob keçirilib

Digər
  • 07 noyabr, 2025
  • 22:32
NDU-da 811 tələbənin iştirakı ilə Zəfərin 5 ili adlı fləşmob keçirilib

Naxçıvan Dövlət Universitetində 44 günlük şanlı Vətən müharibəsində qazanılan Zəfərimizin beşinci ildönümü ilə bağlı "8 Noyabr- Zəfər Günü"nə həsr olunan "Zəfərin 5 ili" adlı fləşmob təşkil olunub.

"Report" xəbər verir ki, fləşmob ali təhsil ocağının Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılğı ilə keçirilib.

Naxçıvan Dövlət Universitetinin və NDU nəzdində üç - Tibb, Musiqi və Texniki Kollecin tələbələrinin, eləcə də İngilis dili Təmayüllü Gimnaziyanın və Beynəlxalq Məktəbin şagirdlərinin də iştirakı ilə ümumilikdə 811 könüllü tərəfindən keçirilən fləşmob universitetin əsas korpusunun önündə təşkil olunub.

Fləşmobda tələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımızın və "Zəfər" sözünün əksini canlandırıblar.

Qeyd edək ki, 811 sayı əlamətdar gün – 8 Noyabr tarixini və on birinci ay – noyabr ayını ifadə edib. Fləşmobun uzunu 22, eni 22 metr olmaqla, 44 rəqəmini simvolizə edib.

NDU-da 811 tələbənin iştirakı ilə "Zəfərin 5 ili" adlı fləşmob keçirilib

Son xəbərlər

Bütün Xəbər Lenti