"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib

Elm və təhsil
  • 28 oktyabr, 2025
  • 14:21
Şagird-məzun elektron sistemi üçün Təqvim planı təsdiqlənib

2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə "Təqvim planı" Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.

Son xəbərlər

Bütün Xəbər Lenti