Azərbaycandan Gürcüstana qanunsuz keçən dörd nəfər saxlanılıb

Region
  • 31 oktyabr, 2025
  • 11:13
Azərbaycandan Gürcüstana qanunsuz keçən dörd nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisi Azərbaycanla sərhəd bölgəsində qanunsuz keçid cəhdinin qarşısını alıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in yaydığı məlumata görə, Laqodexi diviziyasının "Matsimi" mühafizə sektorunda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 4 əcnəbi vətəndaş dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıb.

Saxlanılan şəxslərin 2005-ci il təvəllüdlü A.M., 2003-cü il təvəllüdlü S.A. və M.A., həmçinin 2002-ci il təvəllüdlü M.A. olduğu bildirilir. Araşdırmalar onların Azərbaycan ərazisindən sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstana daxil olduqlarını müəyyən edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsi (qrup halında dövlət sərhədini qanunsuz keçmə) üzrə istintaq aparılır. Qanun pozuntusu 5 ilədək həbs cəzası nəzərdə tutur.

Sərhəd Polisinin məlumatına görə, qanunsuz miqrasiya və sərhəd pozuntularının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti