Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək

Digər
  • 22 oktyabr, 2025
  • 19:56
Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti arasında Tokioda keçirilən UMAC-2025 konfransında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyinə görə təşəkkür edirik – Təhlükəsizlik və ədalətli sülh naminə birlikdə!", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti