Zelenski: Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq
Digər ölkələr
- 16 dekabr, 2025
- 21:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə mətbuat konfransında bildirib.
Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
"ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra", – deyə Zelenski qeyd edib.
O dəqiqləşdirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.
Son xəbərlər
11:47
ARDNF-in aktivləri 2030-cu ildə 78 milyard dolları keçə bilər
Maliyyə
11:46
Çin sədrinin müavini Han Çjen Türkiyə və Gürcüstana səfər edəcək
Region
11:38
"Vikinq" - "Sabah": Azərbaycan və Norveç klublarının 9-cu dueli
Futbol
11:37
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini sabit saxlamağı hədəfləyir
Maliyyə
11:36
ARDNF-in gələnilki büdcəsi də profisitlə proqnozlaşdırılır
Maliyyə
11:34
Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq
Turizm
11:33
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Sosial müdafiə
11:33
"Makler" boşanma ərəfəsində olan qadının 163 min manatdan çox pulunu ələ keçirib
Daxili siyasət
11:32
Bu il Azərbaycanda xarici turistlərin xərclərinin 2 dəfə artırılması planlaşdırılır
Turizm