Zelenski: Tramp sülhə kömək etsə, onun Nobel sülh mükafatına namizədliyini irəli sürəcəyik

Digər ölkələr
  • 09 oktyabr, 2025
  • 12:01
Zelenski: Tramp sülhə kömək etsə, onun Nobel sülh mükafatına namizədliyini irəli sürəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə atəşkəs rejiminə nail olunacağı təqdirdə, Kiyev ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini dəstəkləyəcək.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Təqdimatı Ukrayna tərəfindən irəli sürəcəyik", - V.Zelenski əlavə edib.

O, həmçinin Kiyevə ABŞ-nin "Tomahawk" raketlərinin verilməsi ehtimalını istisna etməyib.

"Prezident Tramp bəhs etdiyimiz bəzi şeyləri Ukraynaya verə bilər. Onlar Ukraynanı gücləndirə bilər", - V.Zelenski deyib.

Onun sözlərinə görə, Ukraynanı gücləndirə biləcək imkanlardan biri "Tomahawk" raketidir. Onun fikrincə, bu raketlərin Kiyevdə olması Rusiya tərəfini danışıqlar masasına oturtmağa məcbur edə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti