​Yəməndə münaqişə tərəfləri arasında əsirlərin mübadiləsi olub

Digər ölkələr
  • 28 mart, 2016
  • 03:00
​Yəməndə münaqişə tərəfləri arasında əsirlərin mübadiləsi olub

Bakı. 28 mart. REPORT.AZ/ Yəmənin husi hərəkatı və Səudiyyə Ərəbistanı arasında əsirlərin mübadiləsi olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Yəmən üsyançılarının nümayəndəsi əsirlərin mübadiləsi şəkilində insan aspektinə hörmət və anlayışa doğru ilk addımın atıldığını bildirib.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı tərəfindən 100 üsyançı husi 9 əsirə dəyişdirilib.

44 - Tezliklə