Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanmağa başlayıb

Digər ölkələr
  • 27 sentyabr, 2017
  • 00:56
Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanmağa başlayıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Yaponiyada "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin uçuş zamanı mühərriki yanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK nəşri yazıb.

İlkin məlumata görə, insident Haneda hava limanında baş verib.

Qeyd olunur ki, nəticədə heç kim zərər çəkməyib.

Hadisənin səbəbləri dəqiqləşdirilir.