Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB

Fərdi
  • 10 oktyabr, 2026
  • 13:55
Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, o, 1/8 finalda Yakub Sordili (Polşa) üstələyib.

U.Kokauri 1/4 finalda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovla üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, o, 1/16 finalda Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edib.

Milli üzvü 1/8 finalda Yakub Sordillə (Polşa) üz-üzə gələcək.