Yaponiyada gəmilər toqquşub, itkin düşənlər var
Digər ölkələr
- 27 may, 2021
- 22:20
Yaponiyanın “Bayakko” yük gəmisi ilə "ULSAN PIONEER" tankeri toqquşub.
“Report” NHK telekanalına istinadən xəbər verir ki, hadisə Yapon dənizində, Sikoku adası sahilində qeydə alınıb.
Qəza nəticəsində “Bayakko” yük gəmisi çevrilib. Onun 12 heyət üzvündən 9-u xilas edilib. Qeyd edilir ki, heyət üzvlərindən 3-ü itkin düşüb. Onların axtarışlarına sahil mühafizə xidmətinin 10-dan çox kateri cəlb edilib.
Hadisə nəticəsində "ULSAN PIONEER" tankerinə hər hansı ciddi ziyan dəyməyib. İnsident zamanı onun göyərtəsində 13 dənizçi olub. Onlar Cənubi Koreya və Myanma vətəndaşlarıdır. Həmin şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.
Son xəbərlər
16:44
Premyer Liqa klubu "Çelsi"nin qazaxıstanlı futbolçusu Dastan Satpayevi transfer etmək istəyir
Futbol16:23
"Xalq Sığorta"nın aktivləri 2 %-dən çox azalıb
Maliyyə16:16
Nika Çitadze: Vaşinqton görüşü Cənubi Qafqazda sülhün təmini üçün ilkin mühüm şərtdir
Xarici siyasət16:04
Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
Digər ölkələr16:00
Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
Biznes15:56
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Digər ölkələr15:51
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
Digər ölkələr15:43
"Arsenal" Brunu Qimaraynşi transfer edib
Futbol15:39