"Qala Həyat Sığorta" I yarımilin maliyyə nəticələrini açıqlayıb
- 08 avqust, 2026
- 15:39
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qala Həyat Sığorta" ASC bu ilin I yarısını 4,972 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Yanvar-iyun aylarında "Qala Həyat Sığorta"nın gəlirləri 14,571 milyon manat (1 il əvvələ nisbətən 8,4 % çox), xərcləri 8,356 milyon manat (9,5 % çox), mənfəət vergisi ödəmələri isə 1,243 milyon manat (7 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 55,095 milyon manat olub ki, bu da illik müqayisədə 20,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19,6 % artaraq 24,454 milyon manata, balans kapitalı isə 21,2 % artaraq 30,641 milyon manata çatıb.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.